Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
AZİNFORM.AZ xəbər verir ki, o, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.
Məcnun Məmmədov bundan əvvəl “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.
O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində işləyib.
Qeyd edək ki, bundan öncə kənd təsərrüfatı naziri İnam Kərimov olub. Aprel ayını 4-də o, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.