Prezident İlham Əliyev sərhəddəki təxribatdan DANIŞDI
12-04-2023, 13:11

Prezident İlham Əliyev Ermənistan ordusunun dünən törətdiyi insidentə münasibət bildirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə dövlət başçısı Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən danışıb.

O qeyd edib ki, dünən sərhəddə baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilib.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən 3 hərbçimiz şəhid olub.





up