DİGƏR XƏBƏRLƏR
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib prezidentdən sonra Türkiyənin yerli və milli avtomobili “ Togg” u alan ikinci şəxs olacaq.
AZİNFORM.AZ xəbər verir ki, Türkiyənin yerli və milli avtomobili "Togg" Azərbaycan Prezidenti İlham Əliyevə təhvil verilib.
Sənaye və Texnologiya naziri Mustafa Varankın İlham Əliyevə avtomobilin açarını təqdim etməsi ilə başlayan mərasimdən sonra avtomobilin başında toplu şəkil çəkdirilib.
Mərasim nazir Varank və “Togg” şirkətinin baş direktoru Mehmet Gürcan Karakaşın İlham Əliyevə Toqqun texniki xüsusiyyətləri və nəqliyyat vasitəsindən istifadəsi barədə məlumat verməsi ilə başa çatıb.
AZİNFORM.AZ videosüjeti təqdim edir: