DİGƏR XƏBƏRLƏR
Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.
AZİNFORM.AZ "unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, Mərkəzin direktoru vəzifəsinin icrası Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.