Bakıdakı yaşayış binaları yoxlanılacaq - BAŞ NAZİR GÖSTƏRİŞ VERİB
8-02-2023, 16:43

Türkiyədə baş verən faciəvi zəlzələdən sonra Azərbaycanda inşa olunan yüksək mərtəbəli yaşayış binaların ekspertizası aparılacaq.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Gunusesi.info-ya hökümətdəki mənbələrdən məlumat daxil olub. 

Məlumatda bildirilir ki , Baş nazir Əli Əsədovun göstərişi ilə Fövqəladə Hallar Nazirliyi və aidiyyatı qurumlar Bakı şəhərində inşa olunmuş yaşayış binalarının zəlzələyə davamlılığın və yerləşdiyi ərazidəki seysmik durumu araşdıracaqlar.






up