Fransa səfiri Azərbaycana başsağlığı verdi
13-05-2022, 19:05

Fransanın Bakıdakı səfiri Zakari Qross Azərbaycana başsağlığı verib.

Bu barədə diplomat tviterdə yazıb.

“Dünən Ağdam yaxınlığında döyüş sursatının partlaması nəticəsində bir çobanın həlak olması xəbərini eşitdiyimə məyus oldum”, - o qeyd edib.
Xatırladaq ki, mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov çoxsaylı qəlpə yarası alması nəticəsində ölüb.





up