DİGƏR XƏBƏRLƏR
“Müharibə veteranlarına verilən pensiyaların həcmi cəmi 80 manatdır və bu kifayət qədər azdır”.
Bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Nəzərə alsaq ki, istehlak səbətinin dəyəri 205 manatdır, məncə həqiqi veteranlara, yəni 1 gün ezamiyyətdə olub özlərini veteran adlandıranlara yox, əsl döyüşənlərin pensiyasının minimum istehlak dəyəri həcmində 205 manat miqdarında verilməsi çox ədalətli olardı”, - deyə Fəzail Ağamalı əlavə edib. /ölkə.az/
AZİNFORM.AZ