Naxçıvanın prokuroru vəzifəsindən AZAD EDİLİB - SƏRƏNCAM
31-01-2023, 19:43

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib.

AZİNFORM.AZ saytı işdən çıxarılan prokurorun dosyesini təqdim edir:

Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili İşlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib. 2001-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.

4 dekabr 2002-ci il tarixdə Naxçıvan MR-in prokuroru təyin edilmişdi.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Ailəlidir, iki övladı var.

S.Şahverdiyev həm də Nаxçıvаn Muxtаr Rеspubliкаsı Futbоl Fеdеrаsiyаsının sədri postunu tutur. O, 2008 və 2012-ci illərdə кеçirilən коnfrаnslаrdа federasiyaya sədr seçilib.

Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxın şəxs olduğu bildirilir.







up