Vasif Talıbovun oğlu alim adını necə alıb? - ŞOK ARAŞDIRMA
26-01-2023, 22:56

"Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun elmi fəaliyyətini araşdırdım. Şokdayam. Bu adam 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb".

AZİNFORM.AZ xəbər verir ki, bunu dosent Zaur Əliyev yazıb. 

O, Seymur Talıbovun elmi işini barədə də məlumat verib:

"Regional enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri" üzrə elmi işini 2013-cü ildə müdafiəyə təqdim edib. 2012-2013-cü illər arası 14 "məqaləsi" çap edilib. İlə 7 məqalə yazıb və hamısı da çox nüfuzlu jurnallarda dərc edilib. Halbuki o jurnallarda məqalə çap etmək üçün alim 6 ay gözləməlidir. Amma bu "alim" qısa zamana ardıcıl məqalələr dərc edib. Azərbaycan elmində şok inqilab yaradan Seymur Talıbov cəmi 1 il yarım ərzində işini bitirib, müzakirədən keçib və müdafiə edib. Halbuki ən azı 6 ay vaxt lazımdır müzakirə-seminar və müdafiə arası. Demək bu adam 1 ilə elmi işini "yazıb".

Bilməyənlər üçün deyim, proses belədir. Dissertasiya ən uzağı 2 ilə yazılır. 7 məqalə və biri xaricdə tələb edilir. Bunu da iki ilə ancaq etmək olar. Sonra iki müzakirə - aralarında 3 ay fərq olmalıdır. Sonra seminara qədər 3 ay, müdafiəyə də bir ayyarım. Sənədlər bir aya hazırlanır, gedir AAK-a. Orda da ən azı 6 ay işə baxılır. İndi özünüz hesablayıb.

Dünyada belə alim yoxdur. İQ səviyyəsi 160-dan çox olan dünyanın nəhəng alimləri bir ilə dissertasiya və 14 məqalə yaza bilməz. Amma Seymur Talıbov "yazıb".

2014-cü ilin əvvəli fəlsəfə doktoru diplomu alıb. Cəmi 2 aya. Orda təkcə ekspertlər 2 aya işi oxuyur, rəy verir. 2 ay ərzində texniki baxış keçirilir, Rəyasət Heyətinə çıxır, bir ay ərzində işə baxılır. Sonra da növbəti ay ərzində diplom təqdim edilir. Özünüz hesablayın

Dünyada elə adam yoxdur ki, sənədləri AAK-a versin və diplomunu belə qısa zamana alsın... 1 il 9 ay ərzində elmi iş götür, mövzunu təsdiqlə, koordinasiya şurasından keç, 14 məqalə yaz, dissertasiya yaz, müzakirə-seminar-müdafiədən keç və diplomunu da al. Əsl alimlər bilir ki, bu prosesi ən super alim 3-ilə güclə çatdıra bilər. Amma Seymur Talıbov elmin supermenidir. Nobel düşür buna görə ona".





up