Azadlığın doğum günü – 20 YANVAR GECƏSİ!
20-01-2023, 13:32

Şəhidlərimizi hörmət və ehtiramla anır, Allahdan rəhmət diləyirik! Onların əziz xatirəsi xalqımızın qəlbində və müstəqil Azərbaycanın tarixində daim yaşayacaqdır!

İYİRMİ YANVAR GECƏSİ!

Ana Vətən oda düşdü
İyirmi Yanvar gecəsi!
Elimə qan-qada düşdü
İyirmi Yanvar gecəsi!

Sinəmizə güllə doldu,
Neçə ömrün gülü soldu.
Mərd oğullar şəhid oldu
İyirmi Yanvar gecəsi!

Qəm libası geyilmədi,
Geri duraq deyilmədi.
Polad sındı, əyilmədi
İyirmi Yanvar gecəsi!

Boğulsa da xalqın ünü,
Haqqa tərəf oldu yönü!
Azadlığın doğum günü –
İyirmi Yanvar gecəsi!

Qurban TƏBİƏTOĞLU

Qeyd: Şeir 6-cı sinif Azərbaycan dili dərsliyinə salınıb.







up