Türkiyənin "TRT Haber" agentliyi 20 Yanvar hadisələrindən yazdı - VİDEO
20-01-2023, 11:33

Türkiyənin "TRT Haber" agentliyi 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı maqalə dərc edib.

Eləcə də video formatda məzmun hazırlanaraq Türkiyə ictimaiyyətinin hadisə ilə bağlı məlumatlandırılması üçün diqqətə çatdırılıb.

"Azərbaycan müstəqillik yolunda çox canlar itirdi. Sovet ordusu ermənilərin qızışdırması ilə 20 Yanvar 1990-cı ildə Bakıya girərək onlarla Azərbaycan türkünü şəhid etdi. Məqsədləri bir milləti sındırmaq idi, amma Azərbaycan Qara Yanvardan müstəqilliklə çıxdı", - deyə yazıda qeyd olunub.





up