"Azərbayan və Türkiyə kömək edib,Paşinyanı Putinin əlindən qurtarmalıdır"
11-05-2022, 23:43

Azərbaycanın apardığı strateji siyasət onu Avropa İttifaqından tutmuş, Misirə, Yaponiyaya qədər böyük bir ərazidə qəbul edilmiş fiqurantlarından birinə çevirmişdir.

AZİNFORM.AZ  "Demokrat.az"-a istinadən xəbər verir ki, bu barədə  eks-spiker Rəsul Quliyev "Facebook" səhifəsində paylaşım edib:

"Bu gün qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünün şübhə altında olmadığını (heç bir Qarabağsız) biz yox, artıq bütün dünya qəbul edib. Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etmək və paytaxta uyğun rekonstruksiyalar etməklə keçmiş və gələcək tariximizi əbədiləşdirmək strateji planının çox böyük əhəmiyyəti var. Ermənistanın baş naziri Azərbaycanda gedən proseslərin mahiyyətini anlayan yeganə siyasətçidir. O, Rusiyadan xilas olub qərbə yaxınlaşmaq istəyir. Onu dəstəkləyən ermənilərdə bunu istəyir. Dünyada 20-ci əsrdə Genosid olub. Hitler rejimi 6 milyon yəhudini qətlə yetirib. Bu gün Yəhudi milləti və hökuməti Alman xalqı və hökuməti ilə ən yaxın münasibətdədirlər. Rusiyaya qarşı vuruşan - Türkiyə ordusuna arxadan müharibə açan erməni millətçilərinə qarşı vuruşan Türkiyəni genosiddə günahlandırmaq böyük şübhə altındadır"-o, bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı (ola bilər Fransadan başqa) ölkələri Paşinyana Azərbaycan və Türkiyə ilə müqavilələr bağlamağı məsləhət görürlər:

"Paşinyan bu işi görmək istəyir. Ancaq Ermənistanın keçmiş yaramazları buna imkan verməməyə çalışırlar. Nə üçün? Yəni bu yazıqlar doğrudan Qarabağı qismən qaytaracaqlarına inanırlar. Düşünmürəm, buna inanmaq səviyyəsində uzun qulaqları olsun. İnanmırlar. Fikirləşirlər Putin bunları hakimiyyətə gətirmək üçün Qarabağı Azərbaycandan alıb bunlara verəcək. Bəlkədə doğrudan da bu səviyyədə düşünəcək əblək və nadandırlar. Putin heç öz səfeh Yanukoviçini hakimiyyətə gətirə bilmədi. Azərbaycan tək deyildir, arxasında ən azı Ukrayna ordusundan daha güclü Türkiyə dayanıb. Ukraynadan fərqli olaraq Türkiyənin NATO silahları var. Tanınmış Bayraktar dronları var! Bu əbləhlər məgər Azəraycanın orta Asiya və Qazaxstan dövlətləri arasında xüsusi hörmətə malik olduğunu bilmirlərmi?! Azərbayan və Türkiyə kömək edib Paşinyanı Putinin əlindən qurtarmalıdır, çünki o bu yaramazların içərisində ən normalıdır".


         

           AZİNFORM.AZ





DİGƏR XƏBƏRLƏR
up