Naxçıvanlılar Yeni ili belə qarşıladı - VİDEO
1-01-2023, 11:36

Naxçıvan əhalisi 30 ilə yaxın müddət ərzində ilk dəfə olaraq Yeni ili Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində olmadığı şəraitdə qeyd ediblər.

Naxçıvanlılar 2023-cü ili musiqi sədaları altında rəqs edərək böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, dekabrın 22-də Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilməsi dair rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.

Xatırladaq ki, V. Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsini tutub.





up