Sabiq nazir vəzifədə olanda tapşırıqla işçi götürdüyünü AÇIQLADI - VİDEO
28-12-2022, 23:04

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-ə işçi götürdüyünü etiraf edib. 

AZİNFORM.AZ xəbər verir ki, sabiq nazir bu barədə APA TV-yə müsahibə verib. Jurnalistin “nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisinizmi?” sualını E. Məmmədyarov belə cavablandırıb:

“Azərbaycan böyük ölkə deyil, bir ailə kimi ölkədir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi və ya digər kimsə işə düzəlməsin. O təbii məsələdir. Kimi soruşsanız, görəcəksiniz Xarici İşlər Nazirliyində. Özü də pis uşaqlar deyildilər, hamısı ali savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub”. 





up