Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi
8-11-2022, 09:00

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə çərşənbə axşamı səfirliyin Tvitter səhifəsindəki paylaşımda deyilir.

"Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr- Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik", - deyə paylaşımda bildirilir.






up