DİGƏR XƏBƏRLƏR
Oktyabrın 27-də Kəlbəcər rayon Prokurorluğuna Kəlbəcər rayonunun Zallar kəndində insan skeletinin eroziyaya uğramış sümüklərinin, o cümlədən qadın paltarının qırıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
AZİNFORM.AZ xəbər verir ki, prokurorluq orqanları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə aşkar edilmiş insan skeletinin sümüklərinə və geyim əşyalarına baxış keçirilib, daha sonra ekspertiza üçün götürülüb.
Ehtimal olunur ki, aşkar edilən qalıqlar və geyim əşyaları Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğalı zamanı əsir götürülərək dünyasını dəyişən şəxsə məxsusdur.