"22 yaşlı Məhsa Əmini" - Tehranda polislər tərəfindən... - ANBAAN VİDEO
20-09-2022, 10:57

Tehranda 22 yaşlı Məhsa Əmini polislər tərəfindən öldürülüb. Sosial şəbəkədə Xameneyinin əlaltılarının vəhşiliyi qeydə alınıb.

AZİNFORM.AZ bizim.media-ya istinadən həmin görüntüləri sizə təqdim edir.

"IranWire" adlı xəbər saytı Məhsa Əmininin həbsdə olan saxlanılan bacısı Kiaraşın ifadələrini dərc edib. Kiaraşın sözlərinə görə, bacısı ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların yanında dayanaraq Əminini saxlayıb. Ona bildiriblər ki, bacısı "bir saatlıq maarifləndirilmə"dən sonra buraxılacaq. 

Məhsa Əmininin ailəsi qızlarının sağlam olduğunu və onun qəfil ürək probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.

Qeyd edək ki, İranda bir neçə aydır ki, hicaba qarşı etirazları keçirilir. Fəallar hicab taxmaqdan imtina edərək, ölkədə məcburi hicab tələbinin ləğvini tələb edirlər.





up