Mərhum kraliça Elizabetin şərəfinə ölkə daxilində 1 dəqiqəlik sükut elan edilib. Bu zaman tarixi saat qülləsi "Biq Ben"in zəngləri çalmadığı üçün təcili istintaq başladılıb.
AZİNFORM.AZ hürriyet-ə istinadən xəbər verir ki, Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı, Kraliça II Elizabet dünyasını dəyişdikdən sonra yerli vaxtla saat 20:00-da ölkə boyu bir dəqiqəlik sükutla yad edilib. Sükut zamanı "Biq Ben"in zənglərinin əvvəl və sonda çalınması planlaşdırılıb. Minlərlə insan "Biq Ben"in ətrafına toplaşaraq zəngi gözləyərkən, saat qülləsinin zəngləri çalmayıb və ətraf sakitliyə qərq olub.
"Biz bunu təcili olaraq araşdırırıq, lakin əminik ki, bu, sabahkı dəfn mərasimi zamanı parada təsir etməyəcək", - Böyük Britaniya parlamentinin sözçüsü açıqlamasında bildirib.