Ərdoğan ABŞ-da səfərdədir
17-09-2022, 23:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib.

AZİNFORM.AZ xəbər verir ki, Ərdoğanı hava limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu, Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan qarşılayıblar.

Türkiyənin dövlət başçısı BMT Baş Assambleyasının sessiyasında iştirak etməklə yanaşı, bir sıra görüşlər də keçirəcək.





up