Xoşbəxt ata körpə oğluna milyonluq yaxta aldı
17-09-2022, 19:35

Amerikalı milyonçu yeni doğulan oğluna dəyəri 2, 8 milyon olan yaxta hədiyyə edib.

AZİNFORM.AZ "LADBible" nəşrinə istinadla xəbər verir ki, 52 yaşlı milyoner Barri Dryuitt-Barlou yeni doğulan oğluna dəbdəbəli hədiyyə etmək qərarına gəlib.

Onun sözlərinə görə, Romeo adı verdiyi oğlunun dünyaya gəlişi xəbərini eşidəndən sonra dizayner geyimi ehtiyatlarını alıb, alış-verişə 34 min dollar xərcləyib. Fəqət bu məbləğ ona az görünüb, ona görə də xoşbəxt ata yaxta əldə edib.

"Biz yaxtaya 2, 8 milyon dollar xərclədik və onun şərəfinə "Romeo" adlandırdıq. Hələlik yaxtadan böyük qızım istifadə edəcək, sevgilisi ilə Kubaya səyahətə yollanacaq. Romeo böyüyəndən sonra yaxta onun sərəncamına keçəcək" - o, sevincini bölüşüb.





up