Ermənipərəst iranlı deputat həddini aşdı – “Azərbaycanı dayandırıb, Ərdoğana dərs verməliyik”
15-09-2022, 14:53

İranın millət vəkili Hedayet Khademi Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar verib.

AZİNFORM.AZ “Yenişafak” qəzetinə istinadən xəbər verir ki, o sosial media hesabında qeyd edib ki, İran dünyaya gücünü nümayiş etdirməlidir. Onun sözlərinə görə, İran gücünü nümayiş etdirmək istəyirsə ABŞ-a, İsrailə və Ərdoğana dərs verməlidir. Deputat İran ordusunu Azərbaycan dayandırmağa çağırıb. Qeyd edək ki, Hedayet Khademi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə mövqeyi ilə bilinir. /metbuat.az/





up