Ölümü “London körpüsü çökdü” mesajı ilə elan edilən kraliça II Elizabetin geyindiyi paltarın zəriflikdən başqa xüsusi mənalarının olduğu məlum olub.
AZİNFORM.AZ xəbər verir ki, kral ailəsi ekspertlərinin fikrincə, Kraliça saray xadimlərinə mesaj göndərmək üçün əl çantasından istifadə edirmiş.
O, ictimaiyyət qarşısına çantasının heç vaxt çıxmayıb. Kral ailəsi ekspertlərinin fikrincə, çantalar kraliça üçün təkcə dəb əşyası deyildi, həm də dialoqların nə vaxt bitməsini istədiyini göstərən gizli mesajlar idi. II Elizabetin əl çantasını bir əldən digərinə keçirərkən saray xadimlərindən birinin onun yanına gələrək söhbətə müdaxilə etməsini istədiyi mənası verirmiş.
Kral tarixçisi Huqo Vickers bildirib ki, kraliça dialoqu dərhal bitirmək istədikdə, pul kisəsini yerə qoyur və ya barmağındakı üzüklərdən birini çevirməyə başlayırmış.
Onun çantasında dodaq boyası və bazar günü kilsə xidmətlərinə gedərkən ianə üçün 5-10 funt sterlinqlik əskinaslar olub. /yenisabah.az/