Qonşusunu “satan” İsveçrə sakinlərinə pul veriləcək
12-09-2022, 19:57

İsveçrə sakinlərindən evlərini 19 dərəcədən yuxarı qızdıran qonşuları barədə aidiyyəti orqanlara məlumat vermələri xahiş olunur.

Müvafiq plakatlar ölkənin müxtəlif yerlərində quraşdırılıb.

Bu cür məlumatlara görə 200 frank (354,55 manat) vəd edilir.

Bununla yanaşı, xəbər verən şəxsin anonimliyinə də təminat verilir.

Qeyd edək ki, ölkə sakinlərini evlərində temperaturu 19 dərəcədən yuxarı saxladıqları təqdirdə cərimə və 3 ilədək həbs gözləyir.

Qəsdən qanun pozuntusuna görə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu, digər hallarda cərimənin tətbiq olunacağı dəqiqləşdirilib.





up