Erməni xisləti: “Türkiyə” sözünü maşından sildi – VİDEO
12-09-2022, 19:53

Ermənistana yük daşıyan Türkiyə dövlət nömrə nişanlı yük maşını saxlanılıb, bundan sonra mülki geyimli erməni bıçaqla maşının üzərindəki “Türkiyə” yazısını silib.

AZİNFORM.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər verir. Ermənilərin bu hərəkətinin sosial şəbəkələrin Türkiyə seqmentində böyük hiddətə səbəb olduğu bildirilir.

Ermənistan hazırda Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması üçün danışıqlar aparır. Tərəflər müəyyən irəliləyiş əldə edib və Türkiyə tərəfi Ermənistanla sərhəddə yerləşən keçid məntəqələrinin ətrafında minalardan təmizləmə və infrastrukturun bərpasına başlayıb. Sərhədlərin bağlı olmasına baxmayaraq, Türkiyə yük maşınları Gürcüstan və ya İran vasitəsilə Ermənistana yük aparır. Ermənilərin isə “Türkiyə” sözünə belə münasibəti onların regionda sülh və barışıq əldə etməkdə maraqlı olmadıqlarını və düşmənçilikdə davam etmək istədiklərini göstərən daha bir faktdır.





up