Rusiya “sülh” istəyir?
11-09-2022, 23:03

Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina etmir.

AZİNFORM.AZ  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Lakin onun sözlərinə görə, danışıqlar prosesi nə qədər təxirə salınarsa, tərəflərin razılığa gəlməsi də bir o qədər çətinləşəcək. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov “Amerikanın səsi” radiosuna müsahibəsində qeyd etmişdi ki, Ukrayna inzibati dövlət sərhədlərinə çatdıqdan sonra belə hərbi əməliyyatları dayandırmayacaq. Onun fikrincə, Kiyev “Rusiya ən yaxın qonşularına təsir məsələsinə son qoymalıdır”.





up