Moskvalı deputatlar Putinə müraciət göndərdilər: İstefa verin!
10-09-2022, 21:48

Moskvanın Lomonosovski rayonunun bələdiyyə şurasının bir qrup deputatı Rusiya prezidenti Vladimir Putinə istefa verməklə bağlı müraciət edib. Sentyabrın 8-də baş tutan görüşün videoçəkilişi rayon saytında dərc olunub.

AZİNFORM.AZ bildirir ki, müraciəti Şura sədri Timofey Nikolayev oxuyub. Müraciətdə deyilir: “öz yerini təzə insanlara, yeni ideyalara, qüvvələrə vermək vaxtı çatıb. “Təcrübə göstərir ki, hakimiyyətin müntəzəm dövriyyəsi olan ölkələrdə insanlar daha yaxşı və daha uzun yaşayırlar. Prezdentliyinizin birinci və qismən ikinci müddətdə yaxşı islahatlar apardınız, amma bundan sonra hər şey baş-ayaq getdi”, – sənəddə deyilir. Putinə müraciət edən deputatlar qeyd ediblər ki, onun və tabeliyində olanların uzun müddətdir işlətdiyi ritorika “dözümsüzlük və aqressivliklə yoğrulmuşdur”.

Nəticədə bu, Rusiyanı soyuq müharibə dövrünə qaytardı. “Yenidən Rusiyadan qorxmağa və ona nifrət etməyə başladılar. Biz yenidən bütün dünyanı nüvə silahı ilə hədələyirik. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, baxışlarınızın, idarəetmə modelinizin ümidsiz şəkildə köhnəldiyinə və Rusiyanın, onun insan potensialının inkişafına mane olduğuna görə, vəzifədən getməyinizi xahiş edirik”, – müraciətin mətnində deyilir. Nikolayev və daha iki nəfər Qordey Nefedov və Olqa Ştatskaya müraciətin qəbul edilməsinin, şəxsən Putinə göndərilməsinin və rayonun saytında yerləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Səsvermə zamanı Vladimir Kalinin və Kirill Çirkin bitərəf qalıb. Sədr qeyd edib ki, daha üç deputat müzakirəyə çıxarılan mövzunu öyrəndikdən sonra, iclası tərk edib.





up