Braziliyalı qadın eyni gündə iki kişi ilə cinsi əlaqədə olduqdan sonra fərqli atalardan əkiz uşaq dünyaya gətirib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Adı açıqlanmayan 19 yaşlı qadın övladlarının atalığını təsdiqləmək istədiyi üçün atalıq testi etdirib. Uşaqların atası olduğu iddia edilən kişidən DNT nümunəsi götürülüb. DNT analizi nəticəsində məlum olub ki, qadının əri əkizlərdən birinin atasıdır. Bundan öncə qadının əri uşaqlardan birinin ona bənzəmədiyinin fərqinə varıb. Test isə kişinin şübhələrini təsdiqləyib.
İndi qadının uşaqları 16 aylıqdır. Hər iki uşağa atalardan biri baxır.
Dünyada cəmi 20 belə hal məlumdur.
Qeyd edək ki, müxtəlif kişilərdən əkiz uşaqların doğulması nadir halda baş verir.
Facebook
Вконтакте
Одноклассники
Google+