Arvadı ilə bal ayına çıxan ərdən şok: - Oteldə rəzalət - FOTO
8-09-2022, 10:54

ABŞ-da həyat yoldaşı ilə bal ayına çıxan ər qəribə davranışı ilə diqqət çəkib.

AZİNFORM.AZ  xəbər verir ki, yeni evlənən cütlük otelə yerləşəndən sonra Paul adlı ər, həyat yoldaşını oteldə saxlayaraq, başqa qadınla görüşməyə gedib. Lakin onun görüşdüyü ünvana polis basqın təşkil edib. Məlum olub ki, polis bir müddətdir əxlaqsızlıqla məşğul olan qadın və kişilərdən ibarət dəstəni təqib edirmiş. Basqın zamanı ailə başçısı da saxlanılıb. Ümumilikdə isə 176 nəfər nəzarətə götürülüb. Məlum olub ki, ər arvadının yuxuya getməsindən istifadə edərək, başqa qadınla görüşməyə gedibmiş. Hadisədən Paulun həyat yoldaşı xəbər tutub. Onun boşanma iddiası qaldırıb-qaldırmadığı məlum deyil. Bir çox qurumdan Paulun həyat yoldaşına dəstək gəlib. /metbuat.az/






up