Aparıcının halı qəfildən pisləşdi - Canlı yayımda şok anlar - VİDEO
7-09-2022, 14:17

Canlı yayımda qorxulu anlar yaşanıb.

AZİNFORM.AZ xəbər verir ki, ABŞ-ın Oklahomada ştatında NBC-nin KJRH televiziyasında xəbər aparıcısı olan Julie Chinin canlı yayım zamanı halı pisləşib.

 Xəbər aparıcısı olan Julie Chin NASA-nın "Artemis" proqramının ilk Ay ekspedisiyası ilə bağlı xəbəri oxuyarkən qəfildən sözlərini təkrarlamağa başlayıb. Vəziyyəti görən həmkarları gənc aparıcını təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Xəstəxanada lazımi analizlərdən keçən qadının insult keçirdiyi məlum olub. 

 Julie Chin "Facebook” hesabında xəstəxanadan çıxdıqdan sonra yaşadıqlarını bölüşüb:

 "Son bir neçə gün hələ də bir az sirr olaraq qalır, amma həkimlərim şənbə günü səhər canlı yayımda insult keçirdiyimi düşünürlər. Bəziləriniz bunu öz gözləri ilə görmüsünüz və bunun baş verdiyinə görə çox təəssüflənirəm".


AZİNFORM.AZ



up