Qızına mesaj yazan oğlanı güllələdi, sonra boğazını kəsdi
6-09-2022, 10:39

Türkiyənin Nevşehir adlanan ərazisində dəhşətli cinayət hadisəsi qeydə alınıb.

AZİNFORM.AZ xəbər verir ki, Dilaver Akçay qızına mesaj yazaraq sataşdığını iddia etdiyi İbrahim Akyüreklə avtobus dayanacağında qarşılaşıb. O, 26 yaşlı gənci görüncə əsəbilərinə hakim ola bilməyib və üzərində daşıdığı silahla onu güllələyib.  İbrahim Akyürek yaralı vəziyyətdə yaxınlıqdakı evlərdən birinin həyətinə girib. Akçayda gəncin arxasıyca gələrək onu döyüb.

Bununla kifayətlənməyən kişi həyətdə tapdığı bıçaqla gəncin boğazını kəsib. Akyürekin cəsədini görənlər polisə  qısa zamanda xəbər veriblər  Dilaver isə könüllü olaraq,  polisə  təslim olub.  

Onun barəsində  cinayət işi açılıb. Araşdırma aparılır.  /32gün.az/





up