Valideynlər müəllimin sinifdə geyindiyi paltara reaksiya verdikdən sonra müəllim işdən çıxarılıb.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Corciya ştatında müəllim işləyən Patris Braun valideynlərin sinifdə dekolteli paltar geyinməsini xoş qarşılamadığı üçün məktəb rəhbərliyi tərəfindən işdən çıxarılıb.
Belə ki, ibtidai sinif müəllimi işləyən Patris Braun dərsdə dekolteli paltarlara üstünlük verib. Lakin bu paltarlar şagirdlərindən birinin valideynlərinin diqqətini çəkib və valideyn vəziyyəti məktəb rəhbərliyinə çatdırıb.
Bu şikayətdən sonra məktəb rəhbərliyi Patris Braunu yaxından izləyib və paltarını düzəltmək üçün onu xəbərdarlıq etməyə başlayıb. Braun isə geyim seçimindən əl çəkməyib, buna görə də işindən çıxarılıb.
Həmin fotoları təqdim edirik: