Rusiyanın gizli planı üzə çıxdı – Nüvə silahı daşıyan sualtı gəmisi...
3-09-2022, 22:21

Rusiya nüvə silahı daşıyan hücum sualtı gəmisi ilə gizli şəkildə Aralıq dənizinin sularına daxil olub.


AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.


Nəşrin iddiasına görə, qanadlı raketlərlə təchiz edilmiş sualtı gəminin İtaliya yaxınlığında fəaliyyət göstərdiyinə dair ciddi əlamətlər üzə çıxıb.


Sualtı gəminin orada nə qədər müddətdir fəaliyyət göstərdiyi bəlli deyil. Ən inandırıcı versiyaya görə, sualtı gəmi avqustun 24-də Aralıq dənizini tərk edən “Marşal Ustinov” kreyserini əvəz etmək üçün orada yerləşdirilib.


Rusiya əvvəllər də Aralıq dənizinə nüvə enerjisi ilə işləyən sualtı gəmilər göndərib. Amma bu, nadir hallarda baş verib. Nəşr qeyd edir ki, hazırkı kontekstdə bu, Ukraynadakı müharibə ilə bağlı ola bilər.


Ukraynalı jurnalist Andrey Klimenko bildirib ki, “K-266 Orel” adlı sualtı gəmi “Oskar II” ilə yanaşı, Rusiyanın Şimal Donanmasında xidmətdə olan gəmilərdən biridir. Bunların hamısı 11-ci Sualtı Diviziyaya aiddir.





up