Moskva milisi Peqovu saxladı və sərbəst buraxdı
3-09-2022, 10:08

Ermənipərəst hərbi jurnalist Semyon Peqov Moskvada saxlanılıb. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “WarGonzo” teleqram kanalı məlumat yayıb.

"Semyon Peqov mehmanxanaya daxil olmağa çalışıb. O, sərxoş hesab edilib və restoran rəhbərliyi ondan polisə şikayət üçün ərizə ilə müraciət edib. Guya o, administratoru hədələyib", - deyə məlumatda qeyd olunub.

Saxlanılan Semyon Peqovun izahat yazdıqdan sonra sərbəst buraxıldığı bildirilir.




up