İranda quldurlar küçədə vətəndaşa bıçaqla hücum etdi - VİDEO
2-09-2022, 16:04

 İranda quldurlar günün günorta çağı küçədə vətəndaşa bıçaqla hücum edib.

 Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Hərəkətdə olan motosiklet sürücüsünə 5 nəfər qəfildən hücum edib. Sürücünü bıçaqla təhdid edərək üzərindəkiləri oğurlayıblar.
Sosial şəbəkələrdə hadisənin videogörüntüləri yayılıb. Görüntülərdə 5 nəfərin bir motosikletçiyə hücum etdiyi, bıçaqla zərbələr endirdiyi və çantasını əlindən alaraq qaçdığı əks olunub. Hadisənin dəqiq yeri və vaxtı haqqında məlumat yoxdur.





up