Türkiyə vətəndaşlarını Bağdada səfər etməməyə çağırıb
30-08-2022, 07:53

Türkiyə Bağdadda vəziyyət qeyri-sabit olduğu üçün vətəndaşlarını bura səfər etməməyə çağırıb.

AZİNFORM.AZ-nın xəbərinə görə, müvafiq məlumat Türkiyə XİN-in saytında yerləşdirilib.

“Bağdadda vəziyyətin pisləşməsini nəzərə alaraq vətəndaşlarımıza xüsusi zərurət olmadığı bu şəhərə getməməyi tövsiyə edirik. İraqda olan vətəndaşlarımız etiraz aksiyalarından uzaq durmalıdır” – deyə Nazirlik bildirib./apa/





up