"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın anası Mey Mask da oğlu ilə bağlı maraqlı açıqlama verib.
AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, milyarderin 74 yaşlı anası etiraf edib ki, o, oğlunun Texasdakı evinə qonaq gedərkən qarajda yatmalı olur. O, bu barədə "Sunday Times"a açıqlamasında deyib.
Mey əlavə edib ki, Maskın böyük sərvətinin olması onun həyatında heç nəyi dəyişməyib:
"Kiçik bir evim var. Böyük olması lazım deyil. Çünki böyük olması bəzi məsuliyyətləri də özü ilə birgə gətirəcək. Hər halda, burada olduğum üçün şadam. 21 yaşımda Parisə gələndə gündə 5 dollar maaş verirdilər. Tavan altında, tək lampa olan otaqda yaşayırdım".
Xatırladaq ki, bir müddət əvvəl biznesmenin atası Errol Mask oğlunu xəsis adlandırmışdı.
Qeyd edək ki, M.Mask məşhur model, yazıçı və dietoloqdur.