Rusiyada bazarda yanğın: 7 min kv.m ərazi... - VİDEO
28-08-2022, 21:16

Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində bazarın dam örtüyü yanıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Fövqəladə vəziyyət Moskva vaxtı ilə saat 17:05-də qeydə alınıb. Dərhal işçilərin və müştərilərin təxliyəsinə başlanılıb, ilkin məlumata görə, zərərçəkən olmayıb",- məlumatda deyilir.

Qeyd olunur ki, ümumilikdə 153 nəfər ərazidən çıxarılıb, xəsarət alan olmayıb:

"İlkin olaraq yanğının sahəsi 700 kvadratmetr, sonra isə 7000 kvadratmetr ərazini əhatə edib. Söndürmə işlərinə 40-dan çox canlı qüvvə və 25 texnika cəlb olunub".


AZİNFORM.AZ



up