Hakerlər NATO-nu şoka saldı
28-08-2022, 19:17

Haker qrupu internetdə NATO-nun müasir silahları barədə məxfi sənədlərin satışı ilə məşğuldur.

AZİNFORM.AZ-ın BBC-yə istinadən verdiyi xəbərə görə, sənədlərdə müasir silahlar və NATO-ya üzv ölkələrin Pribaltikada manevrləri barədə məlumatlar var.

Hakerlərə mənzil qərargahı Fransada yerləşən böyük silah istehsalı şirkətinin - “MBDA Missile Systems”-nin sənədlərini əldə etmək müyəssər olub. “MBDA Missile Systems” şirkəti informasiyaların oğurlandığını təsdiqləyib.

Hazırda NATO mütəxəssisləri məlumat sızıntısının masştabını və onun nəticələrini proqnozlaşdırırlar.





up