Ruslar düzəldir, Ukrayna ordusu vurur: Strateji körpü yenidən bombalandı - VİDEO
26-08-2022, 21:17

Ukrayna ordusu Xerson vilayətində Antonovski körpüsünə növbəti dəfə zərbələr endirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, körpü rusların nəzarətinə keçəndən sonra 3 dəfə bombanıb.

Qeyd edək ki, aramsız hücumlardan sonra ruslar çayı keçmək üçün üzən körpü hazırlamışdı. Lakin həmin körpü hərbi texnikaları daşımaq üçün uyğun deyil.





up