DİGƏR XƏBƏRLƏR
Ukraynanın Dneprpetrovsk vilayətinin Çaplino qəsəbəsinə Rusiyanın raket zərbələri zamanı ölənlərin sayı 25-ə çatıb.
AZİNFORM.AZ Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müavini Kiril Timoşenko açıqlama verib.
O, qəsəbənin yaşayış binalarına və dəmir yolu stansiyasına zərbələr zamanı ölənlərdən 2 nəfərin uşaq olduğunu söyləyib.
Hücum zamanı ümumilikdə, 31 nəfər xəsarət alıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri yekunlaşıb.