Ukraynalı uşaqlar ruslara övladlığa verilir
24-08-2022, 10:00

Rusiya hərbçiləri işğal etdiyi ərazilərdə ukraynalı uşaqları oğurlayaraq, rus ailələrinə övladlıq kimi verir.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Xüsusilə, qeyd olunub ki, Rusiya Federasiyasının Krasnodar diyarının ailə və uşaq məsələləri üzrə departamenti  Mariupoldan 1000-dən çox uşağı Tümen, İrkutsk, Kemerovo, Altay diyarına aparıb və övladlıq kimi ailələrə təqdim edib.

"300-dən çox uşaq hələ də yeni ailələri ilə tanış olmağı gözləyir. Bu uşaqları övladlığa götürməyə qərar verən vətəndaşlar dövlətdən birdəfəlik mükafat alacaqlar”, - məlumatda vurğulanıb.





up