Baş nazirin yeni görüntüləri yayıldı - VİDEO
23-08-2022, 17:59

Son günlər sosial mediaya sızan gecə klubundakı videoları ilə gündəmdən düşməyən Finlandiyanın baş naziri Sanna Marinin yeni görüntüləri ortaya çıxıb.

AZİNFORM.AZ xəbər verir ki, Marini bu dəfə ölkəsinin keçmiş gözəllik kraliçasını müşayiət etdiyi görünür.

Ötən günlərdə dostları ilə mahnı oxuyub rəqs edən görüntüləri ortaya çıxdıqdan sonra narkotik testindən keçmək məcburiyyətində qalan Finlandiyanın baş naziri Sanna Marinin yeni görüntüləri də müzakirələrə səbəb olub.

Belə ki, Marinin bu dəfə bir qadınla səmimi rəqs etdiyi görüntülər sosial mediaya sızıb.

İngilis mətbuatı görüntüləri "Finlandiyanın əyləncəsevər baş naziri" başlığı ilə yayımlayıb. Məlum olub ki, Marinin yanındakı qadın sosial media fenomeni Sabina Sarkkadır.

Xatırladaq ki, gecə həyatını sevdiyi üçün tənqid hədəfinə çevrilən 36 yaşlı baş nazir evli olmasına baxmayaraq, ötən həftə bir kişi ilə səmimi rəqs etməsi ilə gündəmə gəlmişdi .

Həmin görüntüləri təqdim edirik:





up