Vivyen Viler adlı qadın Ginnesin Rekordlar Kitabına düşməkdən ötrü olduqca qəribə bir üsul seçib.
AZİNFORM.AZ xəbər verir ki, sevimli anasının ölümündən sonra saqqal saxlamaq qərarına gələn ingilis Vivyen dünyanın ən uzun saqqallı qadını kimi adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Artıq 30 ildən çoxdur üzünü qırxmayan qadının saqqalının uzunluğu 30,9 santimetrə çatıb. Üç uşaq anası olan Vivyen öz halından olduqca məmnun görünür..