Rusiya yenə dinc sakinləri hədəf aldı: 2 ölü, 10 yaralı
18-08-2022, 01:20

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinin Saltivka yaşayış məntəqəsini atəşə tutub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyası məlumat yayıb.

İlkin məlumata görə, mülki infrastrukturun atəşə tutulması nəticəsində 2 dinc sakin həlak olub, azı 10-u xəsarətlər alıb.





up