Quranın yandırılması İsveçə baha başa gəldi – Peyğəmbəri də təhqir etmişdi
15-08-2022, 21:03

Danimarkanın radikal sağçı “Stram Kurs” partiyasının lideri Rasmus Paludanın bütün İsveçdə Quran yandırmaq “kampaniya”sı bu dövlətə 43 milyon krona (4 milyon 181 min dollar) başa gəlib.

AZİNFORM.AZ teleqraf.com-a istinadən xəbər verir ki, SR dövlət radiosunun xəbərində Paludanın son 7 ayda həyata keçirdiyi təxribatlara görə İsveç xəzinəsindən əlavə 43 milyon kron çıxdığı bildirilib.

Xəbərdə Paludanın “kampaniya”sı zamanı baş verən hadisələr və əlavə polis təyinatı səbəbiylə xərcin yüksək olduğu, bir çox polisin rutin işlərinin də pozulduğu deyilib.

Digər tərəfdən, İsveç vətəndaşlığı da olan və partiyası sentyabrın 11-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılmağa hazırlaşan Paludan son 10 gündür seçki kampaniyası çərçivəsində İsveçin müxtəlif yerlərində Quran yandırır. Xüsusilə türk və müsəlman məhəllələrini seçən Paludan məscidlərin önündə ciddi polis mühafizəsi altında Quran yandıraraq İslam peyğəmbəri Məhəmməd peyğəmbəri təhqir edir.

Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində də insanları Quranın yandırılmasına təhrik edir.

2021-ci ilin Ramazan ayında müsəlmanların sıx məskunlaşdığı məhəllə və məscidlərin yaxınlığında polis mühafizəsi altında təxribatlarını davam etdirən Paludan Pasxa bayramlarında İsveçin paytaxtı Stokholm və Malmö, Norköpin və Yönköpinq şəhərlərində də təxribatlarını davam etdirib.






up