Ermənistan bu ŞOK XƏBƏRLƏ ÇALXALANIR: Bütün metro stansiyaları “bombalandı” və…
14-08-2022, 21:20

İrəvan Metropoliteni işini dayandırıb.

Busaat.az-ın “armeniasputnik.am”-a istinadən verdiyi xəbərə görə, bütün metro stansiyalarının minalanması ilə bağlı anonim xəbərin daxil olması ilə əlaqədar metronun hərəkəti dayandırılıb.

Hazırda sərnişinlər evakuasiya edilir.

Qeyd edək ki, bundan əvvəl avqustun 2-də bütün metro stansiyalarının minalanması ilə bağlı xəbərlə əlaqədar İrəvan Metropoliteninin işi dayandırılıb. Ancaq yoxlamalar zamanı bu, təsdiqini tapmayıb.





up