Böyük Britaniyada ictimai inqilab: Nikah təsisatı iflasa uğrayıb - ŞOK STATİSTİKA
14-08-2022, 15:53

"İsraildə ərli qadınların həyatının ən məhsuldar dövrü 20-24, ərsiz qadınların 35-39 yaşına təsadüf edir"

Ərdə olmayan britaniyalı qadınlar ilk dəfə olaraq ərli qadınlara nisbətən daha çox uşaq dünyaya gətirib...

Mütəxəssislər nikah təsisatının xeyli dəyişiklərə məruz qaldığı qənaətindədir...

Böyük Britaniyada tarixdə ilk dəfə olaraq ərsiz qadınlar ərdə olanlara nisbətən daha çox uşaq dünyaya gətirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Britaniya KİV-ləri yazıb.

"Bu, ictimai inqilaba bənzər bir haldır", - mütəxəssislər belə hesab edir.

Böyük Britaniyada doğuş haqqında məlumatlar 1845-ci ildən qeydə alınır.

Onilliklər ərzində uşaqlar, əsasən, nikahdan doğulub.

Məsələn, 1970-ci ildə yeni doğulan körpələrin 92 faizi ərdə olan qadınların payına düşüb.

1990-cı illərdə bu meyl dəyişməyə başlayıb, 2010-cu ildə isə uşaqların 47 faizini qanuni nikahda olmayan qadınlar dünyaya gətirib.

2020-ci ildə 49 faiz, 2021-ci ildə 51 faiz uşaqlar ərsiz qadınların payına düşüb.

Böyük Britaniyada belə meyllər nikah təsisatına etimadsızlıqla (o cümlədən dinə marağın azalması ilə) əlaqələndirilir.

Prosesi koronavirus pandemiyası sürətləndirib, bir çox gənc cütlüklər toy edə bilməyib, lakin uşaqlardan imtina etməmək qərarına gəlib.

Bəs, İsraildə vəziyyət necədir?

Bu ölkədə vəziyyət tamamilə fərqlidir.

2021-ci ildə 93 faiz uşaq ərli qadınlar tərəfindən dünyaya gətirilib, bu da Britaniyanın 1970-ci ilinin statistikasına uyğundur. Bu zaman nikahların sayı azalır.

Maraqlıdır ki, İsrail inkişaf etmiş ölkələr arasında ümumi doğuş əmsalına görə (yəni bir qadına düşən uşaqların sayına görə) liderdir. İsrail qadınları orta hesabla hər biri 3, 1 uşaq dünyaya gətirir.

Məsələn, 2016-cı ildə Avropanın ərsiz qadınları 9211 uşaq doğub ki, bu da yəhudi sektorunda doğulan uşaqların ümumi sayının 6, 9 faizini təşkil edib.

İsraildə ilk dəfə doğan qadınların orta yaşı 27, 6 yaş təşkil edib. İkinci uşaq orta hesabla iki ildən, üçüncü uşaq isə daha iki ildən sonra dünyaya gəlib.

İsraildə 30 yaşdan sonra doğuş meyli ərsiz qadınlarda müşahidə edilir: qanuni nikahdan kənar 35 və daha yaşlı analar 51 faiz uşaq doğub.

Ərli qadınların həyatının ən məhsuldar dövrü 20-24 yaş, ərsiz qadınların 35-39 yaşına təsadüf edib. /moderator.az/

AZİNFORM.AZ





up