Türkiyənin müxalif media quruluşları 2022-ci il üzrə dövlət büdcəsində Prezident Sarayına ayrılan maliyyəni gündəmə gətirib.
Türkiyənin 2022-ci il büdcəsində Prezident Sarayının işçilərinin maaş və personal xərcləri üçün 509 milyon 490 min lirə (48 milyon 248 min 703 manat) vəsait ayrılıb. Sarayın günlük xərcləri üçün isə illik 5 milyard lirə (473 milyon 500 min manat) pul ayrılıb ki, bu da 1 saatda 527 min lirə (49 min 906.9 manat) xərclənəcəyi deməkdir. Müxalif medianın iddiasına görə, bu xərclərin büdcəyə təkrar baxışda yenidən artırılacaq və ya əlavə ödənişlər ediləcək. cebhe.info