Dünyanın ən uzun incəsənət qalareyası - FOTO
6-08-2022, 15:04

İsveçin Stokholm şəhərinin metrosu dünyanın ən uzun incəsənət qalereyası adlandırılır.

AZİNFORM.AZ xəbər verir ki, 100 metro stansiyasından 90-nı turistlərə sənətin müxtəlif növləri və istiqamətlərinin nümayəndələrinin yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.

Burada sərnişinləri və turistləri cəlb edən inanılmaz mağaralar, heykəllər və klassik memarlığın guşələri, divar relyefləri, mozaikalar, hətta videoqurğular var.

Adlçəkilən metroda tez-tez maraqlı sərgilər keçirilir.

Məlumata görə, hətta ən çox tanınmış rəssamlar belə öz işlərini Stokholm metrosuna təqdim edirlər.





up