Öz toyunda iştirak edə bilməyən bəy əkiz qardaşını göndərdi
6-08-2022, 13:15

Norveçin "Malmö" klubunun futbolçusu Məhəmməd Buya öz toyuna gedə bilmədiyi üçün əvəzinə qardaşını yollayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Sportbible" məlumat yayıb.

Bəy klubdan toyuna görə icazə ala bilməyib. Nəticədə o, toyda iştirak üçün əkiz qardaşını yollayıb.

Daha sonra futbolçu bununla bağlı açıqlama verib:

"Toyda icazə ala bilmədiyim üçün iştirak etməmişəm. Elə bilərsiz ki, o mənəm, amma yox, qardaşımdır. Gedə bilmədiyim üçün yerimə əkiz qardaşımı yolladım".

AZİNFORM.AZ





up